Hikmət Hacıyev: "Məşqçilər çox diqqətli olmalıdırlar"
"Məşqçilər çox diqqətli olmalıdırlar".
Bunu Sportline.az saytına açıqlamasında yeniyetmə və gənc kikboksçulardan ibarət millimizin baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev Sumqayıtda 7 yaşlı uşağın məşq zalında ölümü ilə bağlı danışarkən deyib.
Təcrübəli mütəxəssis hadisəni pisləyib və təhlükəsizlik qaydalarına riayət edilməsini vurğulayıb: "Həmin hadisə mənə çox pis təsir etdi. Bu yolverilməz haldır. Mənim də azyaşlı tələbələrim var. Onlarla məşq edərkən xüsusi həssaslıqla yanaşmaq lazımdır. Bütün qaydalara riayət etmək etmək lazımdı. Fəndləri öyrədərkən də, icra edərkən də diqqətli olmaq lazımdır ki, belə hallar yaşanmasın".