"Hoffenhaym" "Darmştad"ı meydana çıxmağa peşman etdi
Bundesliqanın 33-cü həftəsində Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Hoffenhaym" səfərdə "Darmştad"la qarşılaşıb.
Sportline.az xəbər verir ki, görüş qonaqların 6-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundakı qolların müəllifi İhlas Bebou (2), Maksimilian Beyer (2), Kaderabek və Ozan Kabak olub.
Bu qələbə ilə xallarının sayını 43-ə çatdıran "Hoffenhaym" 7-ci sıraya yüksəlib.
Aşağı liqaya düşməsi daha əvvəl dəqiqləşən "Darmştad" 17 xalla sonuncudur.
Qeyd edək ki, "Hoffenhaym" Bundesliqanın son turunda "PreZero Arena"da "Bavariya" ilə görüşəcək.