Hollandiya millisi Bakıya bu heyətlə gəlir
Futzal üzrə Hollandiya seçməsi dünya çempionatının "pley-off" mərhələsinin cavab oyunu çərçivəsində Azərbaycan milli komandası ilə keçirəcəyi görüş üçün heyətini açıqlayıb.
SportLine.az "Report"a istinadən xəbər verir ki, siyahıda 14 futzalçının adı yer alıb.
Bunlar Tevfik Ceyar, Mohamed Darri, Jamal Əl-Qannuti, Manuel Kuyk, Ennes van Masbommel, Mohamed Attaibi, Amir Molkarai, Mats Velsebur, Anes Besliya, Yoşua Sent Juste, Zakaria Amrani, Karim Mossaui, Said Buzambu və Zaid Əl-Morabitidir.
Qeyd edək ki, aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlanacaq. İlk görüşdə Azərbaycan millisi 5:1 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsində qalib komanda 10 sentyabr - 2 oktyabrda Kolumbiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaq.