İbra nə vaxt qayıdır?

"Milan"ın futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara nə vaxt qayıda biləcəyi hələ də məlum deyil.

Sportline.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. İsveçli forvard dizindəki ağrılardan əziyyət çəkməkdə davam edir. Onun nə vaxt qayıdacağı  bəlli deyil.

41 yaşlı hücumçu əzələlərini gücləndirmək üzərində fəal işləyir. Lakin əvvəllər onun fevralın ortalarında oynaya biləcəyi güman edilirdisə, indi bu tarixin dəyişəcəyi variant çox ehtimal olunur.

İbrahimoviç sonuncu dəfə 22 may 2022-ci ildə oynayıb.

Banner