İbrahimoviç onu "Milan"da görmək istəyir

"Milan"ın sabiq forvardı, hazırda isə klub sahiblərinin müşaviri olan Zlatan İbrahimoviç baş məşqçi postuna namizədini açıqlayıb.

Sportline.az xəbər verir ki, məşhur isveçli Stefano Pioli ilə yolların ayrılacağı təqdirdə onu Antonio Konte ilə əvəzləməyin tərəfdarıdır.

"Calciomercato"nun yaydığı məlumatda klub sahiblərinin Tyaqo Mottaya üstünlük verdiyi bildirilir. 

Qeyd edək ki, son dövrlər mətbuatda Piolinin mövsümün sonunda "Milan"dan ayrılacağı haqda xəbərlər dolaşmaqdadır.