İcarə əsasında "Bazel"də çıxış edən futbolçu Türkiyəyə geri qayıdır

Mövsümün əvvəlində icarə əsasında "Bazel"ə transfer olunan Yusuf Demir yayda "Qalatasaray"a qayıdacaq.

Sportline.az Beinsports.com-a istinadla  xəbər verir ki, avstriyalı futbolçu disiplinsizliyə görə "Bazel"də heyətdən uzaqlaşdırılıb.

Son oyununa fevralın 3-də "Luqano" qarşısında çıxan 20 yaşlı futbolçu "Bazel" forması ilə 13 görüşdə 1 qol vurub, 1 asist edib.

Qeyd edək ki, Yusuf Demir 2022/2023 mövsümündə 6 milyon avro qarşılığında "Rapid Vien"dən "Qalatasaray"a keçmişdi.