İdmançımız amerikalıya belə qalib gəldi

İdmançımız Tofiq Musayev peşəkar karyerasında növbəti qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, o, Yaponiyanın Osaka şəhərində keçirilən “Rizin 16” turnirində amerikalı Daron Kruikşankla qarşılaşıb.

İdmançımızın üstünlüyü şəraitində keçən görüşdə hakimlər qələbəni Tofiq Musayevə veriblər. Bu, Tofiqin 15-ci qələbəsi, ardıcıl isə 11-ci zəfəri olub. Onun rəqibi isə 12-ci dəfə məğlubiyyətlə barışıb.