İdmançımız Dünya kubokunun finalında

Tamblinqçimiz  Fərid Mustafayev Bakıda keçirilən Dünya Kubokunun finalına yüksəlib.

Sportline.az xəbər verir ki, yarışa təsnifat mərhələsindən başlayan 18 yaşlı idmançı iki cəhdin nəticəsinə əsasən, hakimlərdən 60.900 xal alaraq 11-ci yeri tutsa da, adını həlledici mərhələyə yazdırıb.

Qaydalara əsasən, finala bir ölkənin maksimum 2 təmsilçisi yüksələ bilər. Mustafayevdən əvvəlki yerlərdə Rusiyanın 4, ABŞ-ın 3 təmsilçisi qərarlaşıb. Bu isə o deməkdir ki, Rusiyanın 2, ABŞ-ın 1 təmsilçisi mübarizəni dayandırmalı olub. Nəticədə Azərbaycan idmançısı ilk “səkkizliy”ə daxil olub.

Finalda Qazaxıstanın 2, Avstraliyanın isə 1 təmsilçisi də mübarizə aparacaq.