Milli Qəhrəmanımızın oğlu ermənini məğlub edib kubok qazandı
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında erməni rəqibinə qalib gəlib.
Sportline.az xəbər verir ki, həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub.
Qələbə qazanan Azər Məhərrəmov "Arm Wrestling" liqasının kubokuna sahib olub.