İdmançımız Avropa üçüncüsü oldu

Azərbaycan para-pauerliftinqçisi Leyla Kərimova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Açıq Avropa Çempionatında bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Sportline.az saytına verilən məlumata görə, onun ən yaxşı nəticəsi 74 kq olub.

İdmançının ümumilikdə qaldırdığı 201 kq çəki isə öz kateqoriyasında 2-ci ən yaxşı göstərici olub.