III Avropa Oyunlarına daxil edilən idman növləri

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramındakı idman növlərinin ilkin siyahısı açıqlanıb.  

Sportline.az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Polşa nümayəndə heyəti arasında İtaliyanın paytaxtı Romada keçirilmiş görüşdə razılığa gəlinib.

İdman növlərinin yekun siyahısı müəyyənləşdirilərkən əsas meyar onların həm də Avropa çempionatı statusu daşıması və ya 2024-cü il Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olub. Yaxın vaxtlarda Avropanın müvafiq idman federasiyalarının hər biri ilə yekun danışıqlar zamanı da belə bir şərt irəli sürüləcək. 

III Avropa Oyunlarının proqramına salınmış idman növlərinin ilkin siyahısı:

Kamandan oxatma

Sinxron üzgüçülük

Badminton

Basketbol 3x3

Çimərlik həndbolu

Breyk-dans

Kanoe (kayak və kanoe, kanoe slalom)

Velosiped idmanı (BMX, şosse)

Qılıncoynatma

Gimnastika

Cüdo

Karate

Müasir beşnövçülük

Dağ qaçışı

Reqbi7

Atıcılıq

Trampilindən tullanma (yay)

İdman dırmanması

Stolüstü tennis

Triatlon

Voleybol (çimərlik voleybolu, voleybol)

Ağırlıqqaldırma

Güləş

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə Belarusun paytaxtı Minskdə keçiriləcək. III Avropa Oyunlarının isə 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.