İkardi “Qalatasaray”ın qələbəsinə sevinmədi

Türkiyə Çempionatının 8-ci turunda “Qalatasaray” evdə “Alanyaspor”la qarşılaşıb.

Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, Mauro İkardi matç sonrası “Qalatasaray”ın qələbə sevincində iştirak etdməyib. Oyun bitdikdən dərhal sonra soyunub geyinmə otaqına yollanan təcrübəli futbolçu öz çıxışdan narazı olduğunu bildirilib.

Matçın 81-ci dəqiqəsində İkardi Mişi Batşuayi ilə əvəzlənib.

Qeyd edək ki, “Qalatasaray” rəqibini Yunus Akgünün vurduğu qolla 1:0 hesabı ilə məğlub edib.