İki futbolçu hakimi təhqir etdikləri üçün cəzalandı

AFFA İntizam Komitəsi U-17 Kubokunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Sportline.az xəbər verir ki, "Zirə" klubunun futbolçuları Rəhim Cəfərli və Peyman Səmədli 4 oyunluq cəza ilə üzləşib.

Hər iki oyunçu "Kəpəz" ilə matçda hakimi təhqir etdiyinə görə meydandan uzaqlaşdırılıb.

Komitə "Neftçi"nin baş məşqçisi Elman Sultanova da 1 oyunluq cəza verib. Buna səbəb mütəxəssisin "Səbail"lə oyunda ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.