İki gimnastımız Macarıstanda medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə idman gimnastikası üzrə beynəlxalq turnir keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandası çoxnövçülük yarışında 2 medal qazanıb.

Aydın Əlizadə gümüş, Rəsul Əhmədzadə bürünc medala layiq görülüb.