İki güləşçimiz ilk onluqda

Dünya Güləş Birliyi (UWW) sərbəst güləşdə olimpiya çəkiləri üzrə yeni reytinq siyahısını açıqlayıb.
Sportline.az xəbər verir ki, Azərbaycan seçməsinin iki üzvü öz çəkisində ilk “10-luq”da yer alıb.
 
Dünya çempionatında gümüş medal qazanan Şərif Şərifov (91 kq) 40 xalla 3-cü yerdədir.
 
Avropa çempionatında bürünc medal əldə edən Camaləddin Məhəmmədov (125 kq) isə 34 xalla 4-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, reytinq sıralaması dünya çempionatı və ondan sonra keçirilən mühüm turnirlərin nəticələrinə əsasən formalaşıb.