İlin məşqçisi adına namizədlər

Amerika Milli Basketbol Assosiasiyasında (NBA) ilin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, yeni mövsümdə bu ad uğrunda 5 mütəxəssis mübarizə aparacaq.

"Bovada"nın tərtib etdiyi siyahıda "Nyu -York Niks"dən Tom Tibodo, "Hyuston Rokets"dən İme Udoka, "Memfis Qrizlis"dən Teylor Cenkins, "Filadelfiya Siksers"dən Nik Nörs və "Orlando Məcik"dən Camal Mozli yer alır.

Qeyd edək ki, NBA-nın növbəti mövsümünə oktyabrın 22-də start veriləcək.