İlk gündə 15 min bilet satıldı
UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" oyununa bilet satışı davam edir. SportLine.az xəbər verir ki, ilk gündə biletlərin 15 mindən çoxu sahibini tapıb. Klubun rəsmi saytı bu barədə məlumat yayıb.
Qeyd edək ki, biletləri Tofiq Bəhramov adına stadionun kassalarından əldə etmək mümkündür. Kassalar saat 10:00-dan 19:00-a qədər fəaliyyət göstərir.