İlk gündə 4 qızıl, 5 gümüş və 9 bürünc medal

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb.

SportLine.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır. 

İlk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan yarışıb. 

Seçmə komandamızın üzvləri ilk yarış gününü 4 qızıl, 5 gümüş və 9 bürünc medalla tamamlayıb.  

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Komanda hesabında Azərbaycan 92 xalla birinci, Gürcüstan 90 xalla ikinci, İran yığması isə 71 xalla üçüncü pillədə qərarlaşıb.