İlkay Gündoğan İngiltərəyə qayıdır

İlkay Gündoğan "Barselona" ilə yolları ayırır.

Sportline.az xəbər verir ki, o yenidən "Mançester Siti"nin formasını geyinmək niyyətindədir.

Bu haqda "Diario AS" məlumat yayıb.

Mənbənin iddiasına görə, kataloniyalılar bunun əleyhinə deyillər.

"Mançester Siti" rəsmilərinin isə, 2026-2023-cü illərdə komandanın şərəfini qoruyan yarımmüdafiəçinin dönüşünə şad olduğu bildirilir.

Qeyd edək ki, İlkay Gündoğan son mövsümdə "Barselona" ilə meydana çıxdığı 51 oyunda 5 qol, 14 asist müəllifidir.