“İmişli” serbiyalı futbolçunu heyətinə qatıb
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağladığını açıqlayıb.
Klubdan Sportline.az-a verilən məlumata görə, bölgə təmsilçisi Nikola Karaklayiçlə anlaşıb.
Onunla 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, N.Karaklayiç son olaraq ölkəsində "Novi Pazar" komandasında çıxış edib.