"İmişli"dən maraqlı paylaşım
Misli Premyer Liqasının 10-cu turunda "Qarabağ"ın qonağı olacaq "İmişli" maraqlı paylaşımı ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, klubun rəsmi İnstaqram hesabındakı paylaşımında "İmişli" həm pələngə, həm də şirniyyata bənzədilib.
Bölgə təmsilçisi son turda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gələn komanda ilə növbəti oyunda güclü "Qarabağ"la qarşılaşacaq komandanın fərqini bu formada göstərib.
Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək "Qarabağ" - "İmişli" oyunu saat 17:00-da başlanacaq.
