"İndiyədək belə gərgin veloyürüşdə iştirak etməmişdim"

"Güclü komandalar kifayət qədərdir və hər bir iştirakçı sonadək mübarizə aparır". Bu sözləri SportLine.az saytına açıqlamasında İsveçrənin "Roth" komandasının üzvü Paşe Frank deyib.

"Tour d'Azerbaidjan" veloyürüşünün hər mərhələsinin maraqlı mübarizə ilə yadda qaldığını deyən sprinter, "Ən gərgin mübarizə son mərhələdə olacaq. Bu mərhələ komandalar üçün son şansdır. Hər bir iştirakçı qələbə qazanmaq üçün var gücünü ortaya qoyacaq. İnanıram ki, tamaşaçılar son ana kimi həyəcanla yarışı izləyəcəklər", - deyib.

Xatırladaq ki, bu gün "Tour d'Azerbaidjan" veloyürüşünün son mərhələsində velosipedçilər Bakı-Abşeron-Bakı marşrutu ilə 158 km məsafə qət edəcəklər.

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir