İngiltərə millisinin üzvü dünyasını dəyişdi

İngiltərə millisinin sabiq futbolçusu Pol Mariner vəfat edib.

Sportline.az xəbər verir ki, veteran hücumçu 68 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Pol Mariner 1977 - 1985-ci illərdə milli komandanın şərəfini qoruyub. Millidə 35 oyun keçirən hücumçu 13 qol vurub. O, ölkəsinin "İpsviç" klubu ilə 1978-ci ildə İngiltərə Kubokunun, 3 il sonra isə UEFA Kubokunun qalibi olub. Mariner "Arsenal" və "Portsmut" komandalarında da çıxış edib.