İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda bəlli olub

"Lester"dən sonra Premyer Liqaya vəsiqə qazanan ikinci komanda "İpsviç Taun" olub.

Sportline.az xəbər verir ki, Çempionşipin 46-cı turunda "Haddersfild"i 2-0 hesabı ilə məğlub edən "İpsviç Taun" 22 ildən sonra Premyer Liqada oynamağa haqq qazanıb.

Sonuncu dəfə onlar, 2001/2002 mövsümün Premyer Liqada çıxış etmişdi və 18- ci pilləni tutaraq elitaı tərk etmişdi.

Premyer Liqaya vəsiqə qazanacaq sonuncu komanda "Lids Yunayted", "Sauthempton", "Vest Bromviç" və "Norviç Siti" arasında keçiriləcək pley-off oyunlarından sonra bilinəcək.

Qeyd edək ki, Çempionşipi 97 xalla tamamlayan "Lester" ötən həftə vəsiqəni təmin etmişdi