İngiltərə və Fransa klubları "Fənərbağça"ya elçi düşüb

"Fənərbağça"nın futbolçusu Osayi Samuel Avropa klublarının maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, İngiltərənin "Norviç Siti" və Fransanın "Lans" klubları onun xidmətində maraqlıdır.

Bu haqda ntvspor.net saytında məlumat yayılıb.

Mənbənin bildirdiyinə görə, sözügedən klublar artıq "Fənərbağça"nın qapısını döyüblər.

Konkret təklifin isə dövrələrarası fasilədə irəli sürüləcəyi bildirilir.

Qeyd edək ki, məvacibinin artırılmasını istəyən nigeriyalı futbolçu ilə klub rəhbərliyinin münasibətində soyuqlu yaranıb.

"Sarı-lacivərt"lər çox güman ki, onun gedişinə mane olmayacaqlar.