"İnter" avrokubok vəsiqəsini rəsmiləşdirdi
"Qarabağ" və "Qəbələ"dən sonra Bakının "İnter" klubu da avrokuboklara vəsiqəni rəsmiləşdirib. SportLine.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarından sonra "bankirlər" Avropa səhnəsinə çıxmağa haqq qazanıblar.
"Qarabağ"ın "Neftçi"ni kubokdan kənarlaşdırması "İnter"in işinə yarayıb. Çempionatda ilk yerləri tutan "Qarabağ"la "Qəbələ" həm də kubokun finalına yüksəlib. Nəticədə çempionatda 4-cü yeri tutacaq komandanın Avropa Liqasına gedəcəyi dəqiqləşib. "İnter" isə ən azı 4-cü yeri özü üçün təmin edib.
Avrokubolara sonuncu vəsiqə uğrunda isə "Zirə", "Sumqayıt", "Neftçi" və "Kəpəz" mübarizə aparır.