"İnter" Dumfrislə razılaşa bilmir
"İnter" Denzel Dumfrislə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir.
Sportline.az La Gazetta dello Sport-a istinadla xəbər verir ki, səbəb maliyyə məsələsi ilə bağlıdır.
Milanlılar niderlandlı müdafiəçiyə ilinə 4 milyon avro təklif edirlər.
Futbolçu isə, daha bir milyon avro müqabilində klublar razılşamağa hazırdır.
Danışıqlar müsbət nəticələnməsə Dumfris yay transfer pənxcərəsində satışa çıxarılacaq.
Qeyd edək ki, Denzel 2021-ci ildən "İnter"in formasını geyinir.