"İnter" İnzaqi ilə davam etmək istəyir

Son İtaliya çempionu "İnter" baş məşqçisinə yeni müqavilə təklif edəcək.

Sportline.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, klub rəhbərliyi Simeone İnzaqiyə 2 illik yeni müqavilə təklif etməyi planlayır.

Xəbərdə bildirilik ki, 48 yaşlı mütəxəssisin məvacibi də 4.5 milyon avrodan 6 milyon avroya yüksələcək. Müqaviləyə həmçinin bonuslar daxil olacaq.

Xatırladaq ki, İnzaqinin "İnter"lə olan müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.İtaliyalı mütəxəssis 2021-ci ildən klubun "sükanı arxası"ndadır. Onun rəhbərliyi altında "Neradzurri" bu mövsüm 20-ci çempionluğunu qazanıb.