“İnter” – “Liverpul”: Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turuna start verilir. 

Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçında “İnter” “Cüzeppe Meyatza”da “Liverpul”la münasibətləri aydınlaşdıracaq.

Nerazzuridə Raffaele Di Cennaro, Denzel Dumfiris və Matteo Darmian zədədən əziyyət çəkir. 

Mersisayd klubunda isə Ciovanni Leoni, Jeremi Frimponq və Stefan Bayçetiç oyunu kənarda izləməli olacaq.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 12-də səslənəcək görüşü almaniyalı Feliks Zvayer idarə edəcək.