"İnter Mayami" ulduz futbolçusuna yeni sözləşmə təklif edib

"İnter Mayami" 38 yaşlı hücumçusu Luis Suarezə yeni sözləşmə təklif edib.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, MLS klubu uruqvaylı forvardın çıxışından razıdır.

L.Suarez bu mövsüm meydana çıxdığı 42 matçda 14 qol, 15 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, sözügedən oyunçu 2024-cü ilin yanvar ayından "İnter Mayami"də çıxış edir.