"İnter" ""Qəbələ" qarşısına itkilərlə çıxacaq
"İnter" Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununa itkilərlə çıxacaq. Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi 3 futbolçusunun xidmətindən faydalana bilməyəcək. Zədəli qapıçı Səlahət Ağayevlə yanaşı, müdafiəçi Tərlan Quliyev də meydana çıxmayacaq. Tərlan sarı vərəqə limitini doldurub. “Qəbələ”dən Bakıda aldığı 1:3 hesablı yenilginin əvəzini çıxmaq istəyən “ağ-göylər”in çalışdırıcısı Zaur Svanadze Abbas Hüseynovun da xidmətindən məhrumdu. Bir müddət öncə xəstələnən Abbas hələ də formasını bərpa etməyib. Məşqlərdə normal iştirak etməyən Hüseynovun köməyinə ehtiyac duyulmayacaq.