"İnter" "Rəvan"ı əliboş yola saldı
Topaz Premyer Liqasında 25-ci turun görüşləri keçirilir. SportLine.az xəbər verir ki, autsayder "Rəvan" bu tur "İnter"in qonağı olub. Matç gözlənildiyi kimi, "bankirlər"in qələbəsi ilə yekunlaşıb.
13 mart 2016
TPL, 25-ci tur
"İnter" - "Rəvan" - 3:1
QOLLAR: Ruslan Tağızadə, 6 (0:1), Zurab Xizanaşvili, 8 (1:1), Mirhasib Abbasov, 18 (2:1), Ruslan Əmircanov, 21 (3:1)