"İnter" ulduz futbolçunun razılığını alıb
"İnter" müdafiəçisi Federiko Dimarko ilə müqavilləni yeniləyəcək.
Sportline.az xəbər verir ki, milanlılar klubun yetirməsi ilə 2028-ci ilədək anlaşma imzalayacaqlar.
Bu haqda tanınmış jurnalist Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə yeni müqavilənin şərtlərinə əsasən Dimarko ilinə 4 milyon avro+1 milyon avro bonus qazanacaq.
Transfer dəyəri 50 milyon avro olan müdafiəçinin hazırkı müqaviləsi 2026-cı ilədəkdir.