"İnter" "Sumqayıt"a gücünü göstərdi

Bu gün Topaz Premyer Liqasında 10-cu tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "İnter" "Sumqayıt"ı qəbul edəcək. 

"Bankirlər" zirvə yarışından qopmamaq üçün 3 xal qazanmaq iddiasındadırlar. "Kimyaçılar" isə yarış cədvəlində mövqelərini yaxşılaşdırmaq üçün qələbə qazanmaq arzusundadırlar.


30 oktyabr 2016
TPL, 10-cu tur


“İnter” – “Sumqayıt” - 3:1
QOLLAR: 
Zurab Xizanişvili, 21; Nizami Hacıyev, 55; Nizami Hacıyev, 80 - Mirabdulla Abbasov, 3

I dövrədəki oyun: 2:1
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

Standings provided by Sofascore LiveScore

Banner