"İnter" "Zirə" ilə sülh bağladı

Bu gün Topaz Premyer Liqasında 25-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

İki paytaxt təmsilçisi - "Zirə" və "İnter" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "qartallar" qələbə qazanmaqla məqsədə bir qədər də yaxınlaşacaq. "Bankirlər" isə üçüncü pillədəki mövqelərini bir qədər də möhkəmlədəcək.

10 aprel 2017
TPL, 25-ci tur

"Zirə” – "İnter” - 1:1 
Qollar:
 Rauf Əliyev, 12. Riçard Qadze, 19.

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:1, 1:1
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Zirə İdman Kompleksinin stadionu

Standings provided by Sofascore LiveScore

Banner