"İnter" "Zirə"yə qalib gəldi

Millimizin oyunları ilə əlaqədar  Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter" yoxlama oyunu keçirib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda "Zirə" ilə qarşılaşıb. "İnter Arena"da keçirilən matçda  Zaur Svanadzenin komandası 5:1 hesabı ilə qalib gəlib.

Nizami Hacıyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Pərdis Fərcad-Azad, Slavik Alxasov və Məmməd Quliyev fərqləniblər.

Banner