"İnter"də aprel ayının ən yaxşısı bilindi
Vaxtından əvvəl çempionluğunu rəmsləşdirən "İnter"də aprelin ən yaxşı oyunçusu seçilib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, "Nerazzurri"də ötən ayın ən yaxşı futbolçusu Hakan Çalhanoğlu seçilib.
Aprel ayında komandası ilə 5 oyuna çıxan türkiyəli yarımmüdafiəçi bu matçlarda 4 qola imza atıb.
Qeyd edək ki, bu 5 oyunda 4 qələbə, 1 heç heçə əldə edən "İnter" "Milan"la derbidən sonra (2-1) 20-ci çempionluğunu elan etmişdi.