İnzaqi "İnter"ə keçir?
“Latsio”nun baş məşqçisi Simone İnzaqi istefa verib.
Sportline.az İtalliya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis başa çatan üqaviləsini yeniləməyib.
Onun "İnter"i çalışdıracağı və artıq tərəflərin razılığa gəldiyi bildirilib. "İnter"in bununla bağlı yaxın saatlarda açıqlama yayacağı gözlənilir.
Qeyd edək ki, İnzaqi 2015-ci ildən çalışdırdığı “Latsio”ya 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə isə ölkə kubokunu qazandırıb.