İPL-də avqust ayının ən yaxşı oyunçusu bilinib
"Mançester Siti"nin hücumçusu Erlinq Halland İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu seçilib.
Sportline.az xəbər verir ki, bu barədə Sky Sport nəşri məlumat yayıb.
Ötən ay 3 oyunda yeddi qola imza atan norveçli futbolçu "İpsviç Taun" və "Vest Hem"ə qarşı görüşlərdə het-triklə yadda qalıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu 3-cü dəfə bu mükafata layiq görülüb.O, daha əvvəl 2022-ci ilin avqustunda və 2023-cü ilin aprelində eyni uğuru təkrarlayıb.