İran televiziyası "Qarabağ"dan film hazırladı
“Qarabağ”ın uğuru dünya mətbuatının gündəmini zəbt etməkdədir. Sportline.az ATV kanalına istinadən xəbər verir ki, ölkə çempionumuzun Çempionlar Liqasının qrupuna yüksəlməsi İran televiziyasının da diqqətindən yayınmayıb. Ölkənin TV-90 idman kanalının "Futbol 120" proqramının son buraxılışı “Qarabağ”a həsr edilib. Verilişdə "Qarabağ"ın uğurları, tarixi, nəticələri, keçdiyi yol haqqında məlumat verilib.
Qeyd olunub ki, “Qarabağ”ın qələbəsi Azərbaycanda təksə idman uğuru kimi qiymətlənidirilmir, komanda həm də vuruşur, öz adı və ölkəsi uğrunda mübarizə aparır.
Filmdə o da bildirilib ki, “Qarabağ”ın məlum zəfərindən sonra bütün dünya mediasının diqqəti “Qarabağ”ın təmsil etdiyi Ağdama, bütovlükdə Qarabağa yönəldi, münaqişə haqda geniş reportajlar hazırlandı.
Eyni zamanda, həmkarlarımız Qarabağ probleminə və dünya ictimaiyyətinin bu həqiqətə biganə qalmasına da toxunublar.