İrfan Can Kahveci “Fənərbağça”da qalacaq

“Fənərbağça” klubunun rəhbərliyi 29 yaşlı futbolçusu İrfan Can Kahveci ilə yola davam edəcək.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” klubu İrfan Can Kahveciyə 2+1 illik yeni müqavilə təklif edib. Təcrübəli futbolçu bu müqavilə təklifini qəbul etsə, illik 2 milyon avro maaş alacaq.

İ.Can Kahvecinin “Fənərbağça” ilə hazır ki müqaviləsi 2025-ci ilin ayınadək nəzərdə tutulub.

Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 1 qol və 2 asistlə yadda qalıb.