İrfan Can Kahveci “Fənərbağça”da qalır
“Fənərbağça”nın 29 yaşlı futbolçusu İrfan Can Kahveci klubla yeni müqavilə imzalayacaqı bildirilir.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi oyunçuya 4 illik yeni müqavilə təklif edib.
Təcrübəli futbolçu “Fənərbağça”da xoşbəxt olduğunu bildirib. Rəsmi xəbər yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, İrfan Can Kahveci bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qol və 1 asistlə yadda qalıb.