"Irfan Can Kahveci İspaniyaya gedəcək"

Daha əvvəl "Gənclərbirliyi"ndə İrfan Canın baş məşqçisi olan Mustafa Kaplan futbolçunun İspaniya La Liqasında çıxış edəcəyini deyib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, son olaraq "Adanaspor"da çalışan 56 yaşlı çalışdırıcı "Sevilya"nın İrfan Can Kahvecini transfer etmək istədiyini bildirib.

O həmçinin, futbolçunun İtaliyadan da talibləri olduğunu iddia edib.

İrfan Can Kahveci 2021-ci ildə "Başakçehir"dən "Fənərbağça"ya 8 milyon avro qarşılığında transfer olunub.

Qeyd edək ki, İrfan Can bu mövsüm klubu ilə çıxdığı 45 görüşdə 18 qol və 12 asitlə yadda qalıb.