İrqçiliyə görə həbs olundular

"Sevilya"nın (İspaniya) 2 azarkeşi Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Mançester Siti"nin futbolçusu Riko Lyuisi təhqir etdiklərinə görə həbs olunublar.

Sportline.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb. Məlumatda klubun belə hallara səssiz qalmayacağı da bildirilib: "Biz stadionumuzda ayrı-seçkiliyə dözməyəcəyik və bu dəhşətli hadisədən sonra Rikoya hər cür dəstəyi təklif edəcəyik".

"Sevilya" azarkeşlərin davranışının qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən oyunda "Mançester Siti" "Sevilya"ya 3:1 hesabı ilə qalib gəlib.

Banner