İslam Həmrəyliyi Oyunları üçün 40 mindən çox bilet satılıb
Bu günədək İslam oyunlarına 40 mindən artıq bilet satılıb. Sportline.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib. Onun sözlərinə görə, bilet satışı ilə bağlı işlər qaydasında gedir. Oyunlara maraq yüksək səviyyədədir. Xatırladaq ki, mayın 12 dən 22-dək Bakıda təşkil olunacaq İslam Həmrəyliyi oyunlarında 21 idman növü üzrə yarışlar keçiriləcək. 57 ölkədən 6000-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparacaq.