İslamiada: Azərbaycanın qadın stolüstü tennis millisi Banqladeşə qalib gəlib

Azərbaycanın qadın stolüstü tennis komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mubarizəyə uğurla başlayıb.

Sportline.az xəbər verir ki, ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3:0 hesabı ilə qələbə qazanıb.

Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib. Azərbaycan komandası bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.