Besman: "İslamiadanın məsuliyyətini hiss edirəm"

"İnanıram ki, həm İslamiadada, həm də AVRO-2023-ün təsnifat oyunlarında yaxşı çıxış edəcəyik".

Sportline.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət voleybol millisinin üzvü Kristina Besman federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, klub yarışları gec başa çatdığı üçün yığmanın məşqlərinə vaxtında qoşula bilmədiyini söyləyib: 

"Mövsüm bitdikdən sonra qısa müddət olsa da, zədələrimin müalicəsinə vaxt ayırdım. Hələ də müalicə davam edir və bir neçə günə hər şey arxada qalacaq. İslamiadanın və Avropa çempionatının təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirəm. Bu səbəbdən, hər bir məşqdə iştirak etməyə çalışıram".