İspaniya 1/8 finalda

DÇ-2026-da 1/16 final mərhələsi davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.

İlk oyunda ABŞ-la Bosniya və Herseqovina milliləri üz-üzə gəlib. Matç ABŞ-ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Onlar 1/8 finalda Belçikaya rəqib olub.

Digər görüşdə isə İspaniya Avstriya ilə qarşılaşıb və 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. İspanlar 1/8 finalda Portuqaliya - Xorvatiya cütünün güclüsü ilə üz-üzə gələcək.

2 iyul

DÇ-2026

1/16 final

ABŞ - Bosniya və Herseqovina - 2:0

Qollar: Folarin Balogun, 45, Malik Tillman, 82

İspaniya – Avstriya - 3:0

Qollar: Mikel Oyarzabal, 36, 89, Pedro Porro, 66

Banner