İspaniya Avropa çempionu oldu
Belqradda futzal üzrə Avropa çempionatına yekun vurulub. SportLine.az xəbər verir ki, həll edici matçda İspaniya və Rusiya seçmələri üz-üzə gəlib.
Pireney təmsilçisinin tam üstünlüyü ilə keçən matç İspaniya millisinin qələbəsi ilə yekunlaşıb.
3-cü yer uğrunda görüşdə isə debütant Qazaxıstan meydan sahibi Serbiyadan üstün olub.
13 fevral 2016
Futzal, Avropa çempionatı
3-cü yer uğrunda oyun
Serbiya - Qazaxıstan - 2:5
Final
Rusiya - İspaniya - 3:7