İspaniya - Kabo-Verde matçının ən yaxşısı oldu
Dünya çempionatında İspaniya və Kabo-Verde yığmaları arasında keçirilən H qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportline.az FİFA-nın saytına istinadən xəbər verir ki, Kabo-Verde millisinin qapıçısı Jozimar Vozinya oyunun ən yaxşısı adına layiq görülüb.
Bütün görüşü əvəzolunmadan keçirən qolkiper matç ərzində qapısını toxunulmaz saxlayıb və yeddi qurtarışla yadda qalıb.